Azerconnect LLC

Təhlükəsizlik həlləri üzrə memar

By agreement
Full-time
Baku, Azerbaijan
08.05.23 - 07.06.23

Working conditions

  • Kritik sistem elementləri üçün təchizat zəncirinə bağlı riskləri hazırlamaq və sənədləşdirmək;
  • Proqram təminatını, proqram təminatının həyat tskili boyu təşkilində ən yaxşı təcrübələri təmin etmək məqsədilə mövcud və yeni proqram təminatlarını hazırlamaq, dəyişmək və gücləndirmək;
  • Müəyyən edilmiş tələblərə cavab vermək üçün texniki təhlükəsizlik həlləri hazırlamaq;
  • Sistem memarlığını planlaşdırmaq üçün istifadəçi ehtiyaclarını və tələblərini təhlil etmək;
  • Müvafiq etibarlı dizayn həllərini seçmək və ya korporativ təhlükəsizlik strategiyası ilə sistem komponentlərinin uyğunluğunu təmin etmək üçün sistem qurucuları ilə əməkdaşlıq etmək;
  • Biznes ehtiyaclarını ödəmək üçün sistem memarlığı və ya sistem komponentlərini dizayn etmək;
  • Çox səviyyəli təhlükəsizlik tələbləri və ya birdən çox təsnifat səviyyəsinin emalına dair sistem və şəbəkələr üçün informasiya təhlükəsizliyi dizaynlarını təkmilləşdirmək;
  • Satınalma həyat tsikli çərçivəsində təşkilatın informasiya təhlükəsizliyini, informasiya təhlükəsizliyi memarlığı və sistemlərin təhlükəsizlik mühəndisliyi tələblərinə sənədləşdirmək və müəyyən etmək;
  • Təşkilati maraqlı tərəflərlə birlikdə kritik iş funksiyalarını müəyyənləşdirmək və prioritetləşdirmək;
  • Təhlükəsizlik araşdırmalarını həyata keçirmək, təhlükəsizlik arxitekturasındakı boşluqları müəyyən etmək və təhlükəsizlik risklərinin idarə edilməsi planını hazırlamaq.

Requirements

  • Təhsil: Ali (informasiya texnologiyaları, kompüter elmləri, informasiya təhlükəsizliyi və ya tətbiqi riyaziyyat sahəsi üzrə);
  • Təcrübə: İnformasiya təhlükəsizliyi sahəsində ən azı 3 il;
  • Dil bilikləri: Azərbaycan və ingilis dilləri;
  • Kriptoqrafiya və kriptoqrafik açarların idarə edilməsi konsepsiyaları haqqında biliklər;
  • İnsan-kompüter qarşılıqlı əlaqə prinsiplərini bilmək;
  • Sənaye standartı və təşkilati olaraq qəbul edilmiş təhlil prinsipləri və metodları haqqında biliklər;
  • Mənbə kodlaşdırması, kanal kodlaşdırması, alqoritm mürəkkəbliyi nəzəriyyəsi və məlumatların sıxılması daxil olmaqla, məlumat nəzəriyyəsi bilikləri;
  • Sistemlərin sınaqdan keçirilməsi və qiymətləndirmə üsulları haqqında biliklər;
  • Əsas telekommunikasiya anlayışlarını bilmək;
  • Sistem mühəndisliyi prosesini bilmək;
  • İnformasiya texnologiyalarını tətbiq etmək və təklif olunan həllərə daxil etmək bacarığı;
  • Aparat və proqram həllərinin inteqrasiyasını dizayn etmək bacarığı;
  • Dizayn modelləşdirmə və qurma nümunələrində bacarıq;
  • Şəbəkə sistemlərinin idarəetmə prinsipləri, modelləri, metodları və alətlər haqqında biliklər;
  • İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifikatlar arzu olunandır.


This job has expired