Baku,
Azerbaijan
07.03.23
-
06.04.23
Working conditions
- Şöbənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
- Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
- Qanunvericiliyə, şirkətin siyasət və prosedurlarına uyğun olaraq, müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq;
- Prosedurlar, normalar və təlimatlara uyğun olaraq təchizat prosesi üçün risk qiymətləndirməsi aparmaq;
- Texniki tələblərə uyğun olaraq təchizatçıların və ya xidmət təminatçılarının təkliflərini qiymətləndirmək üçün proses və meyarlar müəyyən etmək, tender qiymətləndirmə planında qeydlər aparmaq;
- Qanunvericiliyə, şirkətin siyasət və prosedurlarına uyğun olaraq, təchizat prosesini və müqavilə razılaşmalarını idarə etmək üçün təchizat planı hazırlamaq;
- Potensial təchizatçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;
- Mal və ya xidmətlərin təchizat tələblərinə və arzu edilən keyfiyyət şərtlərinə uyğun gəlməsini həyata keçirtmək;
- Alınan mal və xidmətlərin müqavilə şərtlərinə və tələb olunan nəticələrə uyğunluğunu təmin etmək;
- Cəmiyyətin prosedur qaydalarına uyğun olaraq, ödəniş üçün hesabları emal etmək;
- Sifarişçisi olduğu proseslərlə əlaqədar ödəniş sənədlərinin hazırlanmasını, imzalanmasını və təsdiq edilməsini təmin etmək;
- Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək;
- Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlanmasına rəhbərlik etmək;
- İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H.
Requirements
- Təhsil: Müvafiq sahə üzrə ali təhsil və ya magistratura təhsili;
- Təcrübə: Ən azı 7 il ümumi təcrübə, 5 il idarəetmə təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili;
- Kompüter bacarıqları: MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər;
- Müvafiq qanunvericilik aktları və normalarını;
- Dövlət satınalmaları üzrə müvafiq icra hakimiyyəti orqanının göstərişləri, qərarları və təlimatlarının tələbləri haqqında əla səviyyədə biliklər.
Administrative, Business, Management
Professional services