Baku,
Azerbaijan
30.01.25
-
28.02.25
Working conditions
- Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
- Metodiki və normativ materialların, texniki sənədlərin işlənib hazırlanması və tətbiqi üzrə tədbirlərin hazırlanması;
- İnşa olunacaq obyektlər üzrə layihə-smeta sənədlərinin komplektləşdirilməsi və onların tikinti-quraşdırma işlərinin icrası üçün təqdim olunmasının təmin edilməsi;
- Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarının hazırlanması;
- Tikintidə istifadə olunan materialların smeta və norma sənədlərində düzgün təsnifatı və uçotunun aparılması;
- Materialların təyinatı üzrə təsnifatı və nomenklatura qruplaşdırılmasını aparmaq;
- Tikinti proseslərində istifadə ediləcək materialların smeta və norma qaydalarına uyğun istifadəsi və silinməsi proseslərinin 1C 8.3 proqramında izlənilməsi;
- Hazırlanmış smetaya uyğun olaraq tikinti sahəsində texniki nəzarətin həyata keçirilməsi;
- Tikinti-quraşdırma və təmir işlərinin optimal qiymətə yerinə yetirilməsi üçün təkliflərin verilməsi;
- Ümumtikinti, təmir və MEP (elektrik quraşdırma, sanitar texniki, su təchizatı, kanalizasiya) işləri üçün verilmiş layihələr əsasında material və iş həcmlərinin analizi, detallı smetaların tərtib edilməsi;
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir.
Requirements
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Tikinti norma və qaydaları, müvafiq normativ-hüquqi aktlar haqqında biliklər;
- Layihə-smeta sənədlərinin hazırlanması və təsdiqi qaydaları üzrə biliklər;
- Eskiz və işçi layihələri oxuma bacarığı;
- MS Excel, AutoCAD və 1C 8.3 proqramlarında işləmə bacarığı;
- Məsuliyyətli, dəqiq və analitik düşüncə qabiliyyətinə malik olmaq;
- Eyni anda bir neçə tapşırığı idarə edə bilmək və detallara diqqət yetirmək bacarığı;
- Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Smeta mühəndisi” qeyd edərək elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Engineering
Construction