Baku,
Azerbaijan
05.05.23
-
04.06.23
Working conditions
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
- Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Layihə, spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
- Tikinti-quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsini təmin etmək;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;
- Smeta sənədlərinin uçotunu aparmaq;
- Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
- Tikinti layihələri üzrə iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
- Obyektlərdə ölçü işlərinin aparılmasını təmin etmək;
- Smetaların bazar qiymətləri ilə hesablanmasını yerinə yetirmək;
- Texniki hesabatları hazırlamaq (Forma 2, Forma 3);
- Sahələrdən gələn texniki hesabatları yoxlamaq;
- İş qrafiki: 6 günlük;
- İş saatı: 09:00 - 18:00 (şənbə günü 09:00 - 15:00).
Requirements
- Təhsil: Ali (inşaat mühəndisi sahəsində);
- Təcrübə: Smeta mühəndisliyi üzrə minimum 3-5 il;
- Dil bilikləri: İngilis və rus dillərini baza səviyyəsində bilmək;
- Kompüter bacarıqları: Microsoft Office proqramlarında, ofis texnikasında tam sərbəst və sürətli işləməyi bacarmaq, AutoCAD proqramında layihə üzrə ölçüləri oxuya və götürə bilmək;
- Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri, qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını, müvafiq qanunvericilik aktları və normalarını bilmək;
- Stresə davamlı olmaq;
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
- Kollektivlə işləməyi bacarmaq;
- Təşkilati və analitik bacarıqlara sahib olmaq;
- Sürətli və çevik olmaq.
Engineering
Construction