MKT İstehsalat Kommersiya MMC

SƏTƏM mütəxəssisi

By agreement
Full-time
Agjabadi, Azerbaijan
07.11.23 - 07.12.23

Working conditions

  • SƏTƏM məsələləri üzrə müəssisənin bölmələrinin rəhbərlərindən müvafiq sənədlər tələb etmək, əməyin mühafizəsi üzrə normativ hüquqi aktları pozanlardan yazılı izahat tələb etmək;
  • Müəyyən olunmuş qaydada SƏTƏM üzrə təlimat keçməyən, bilikləri yoxlanılmayan və ya SƏTƏM üzrə qaydaları, normaları və təlimatları kobud surətdə pozan işçilərin iş yerindən kənarlaşdırılmasını bölmə rəhbərlərindən tələb etmək;
  • Cəmiyyətin müəyyən bölmə kollektivinin və ya ayrı-ayrı işçilərin əməyin mühafizəsi işində fəal iştirak etmələrinə görə mükafatlandırılmaları haqqında rəhbərliyə təklif vermək;
  • SƏTƏM qaydalarını kobud surətdə pozmuş işçilərin inzibati məsuliyyətə cəlb olunmaları haqqında rəhbərliyə təklif vermək;
  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edilməsində, bu amillərin parametrlərinin ölçülməsinin təşkilində, əməyin mühafizəsi tələblərinə uyğun olaraq iş yerlərinin və istehsalat avadanlıqlarının attestasiyasının keçirilməsində, sertifikatlaşdırılmasında müəssisənin bölmələrinə köməklik göstərmək;
  • Avadanlıqların, maşın və mexanizmlərin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinəsinin vaxtında keçirilməsinə nəzarət etmək;
  • Daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək və onların effektiv olmasını yoxlamaq.

Requirements

  • Təcrübə: Sahə üzrə minimum 1 il;
  • İstehsalatda bədbəxt hadisələrin analizi qaydaları və həmin hadisələrin qarşısının alınması üçün tədbirlər planının hazırlanma qaydalarını bilməli;
  • İstehsalatda ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün tədbirlərin hazırlanması qaydalarını bilməli;
  • İş yerlərində giriş və əməyin mühafizəsi üçün tələb olunan digər təlimatların keçirilməsi qaydalarını bilməli;
  • Qaynaq və digər tikinti quraşdırma işlərinin təhlükəsiz yerinə yetirmə qaydalarını bilməli;
  • Qazanların, qaz xətlərinin, elektrik xətlərinin və digər enerji daşıyıcıları sistemlərinin təhlükəsiz istismar qaydaları bilməli;
  • Yanğından mühafizə qaydaları və yanğından mühafizə tədbirlərinin hazırlanma qaydaları bilməli;
  • Yanğın təhlükəsizliyi və yanğınsöndürənlərin sinifləri haqqında məlumatlı olmalı.


This job has expired

Related vacancies