Azərbaycan Dəmir Yolları

Şəbəkə rəisi

By agreement
Full-time
Sumgayit, Azerbaijan
23.01.23 - 22.02.23

Working conditions

  • Təmas şəbəkəsi qurğularının və elektrik təchizatı xətlərinin cari istismarının və təmirinin icrasının vaxtında təşkili və planlaşdırılması, təmas şəbəkəsinin və elektrik ötürücülərinin təkmilləşdirilməsi və gücləndirilməsi işlərinin təşkil edir;
  • Normativ göstəricilərə əsasən təmas şəbəkəsinin vəziyyətinin saz saxlanılmasını təmin edir;
  • Təmas şəbəkə qurğularının və elektrik ötürücü xətlərinin vəziyətinin saz saxlamasını şəxsən baxış keçirməklə təmin edir;
  • Şəbəkədə baş verə biləcək hadisələrin tez təcili aradan qaldırılması metod və üsullarını təlimata uyğun işçilərə öyrədir və bu işçilərə rəhbərlik edir;
  • Bərpa texnikasının, avtomaşın, avtomotris və s. daimi hazır olmasını və onların lazımı materiallar detallar, naqillər və ehtiyat hissəlləri ilə, işçiləri norma əsasında xüsusi geyimlə təmin edilməsini təşkil edir;
  • Texniki sənədləşməni və hesabatları aparır;
  • İş yeri: Sumqayıt şəhəri,H.Z.Tağıyev-çeşidləmə stansiyası.

Requirements

  • Təhsil: Minimum təhsil dərəcəsi Bakalavriat;
  • Təcrübə: Sahə üzrə iş təcrübəsi 5 il;
  • Təmas şəbəkəsinin ərazisi daxilində enerji təchizatının texniki, təmas şəbəkəsinin qidalanma sxemini, təmas şəbəkəsinin sənədlərə uyğun istismar və texniki təhlükəsizlik qaydalarını bilməli;
  • Operativ heyyətlə əlaqənin bütün vasitələrini bilməli;
  • Elektrikləşdirilmiş dəmir yolunun təmas şəbəkəsinin saxlanma qaydalarını bilməli;
  • Qatarların hərəkət təlimatını, mərkəzləşmə və bloklama, siqnalizasiya qurğularının saxlanılması texniki təlimatını bilməli;
  • Təmas şəbəkəsində baş vermiş qəzaların aradan qaldırılma təlimatlarını bilməli;
  • Təmas şəbəkəsinin çətin və yüksək gərginlikli yerlərində iş icrasının üsullarını bilməli;
  • Təmas şəbəkəsinin işçilərinin vəzifə və peşələrin tarif dərəcə xüsusiyyətlərini bilməli;
  • Təmas şəbəkəsinin texniki və təsərrüfat fəaliyyətinə aid bütün əmrləri, sərəncamları və digər aidiatı sənədləri. bilməli.


This job has expired