Baku,
Azerbaijan
16.10.23
-
15.11.23
Working conditions
- Kibertəhlükəsizlik məhsulları və xidmətlərinin texniki aspektlərini başa düşmək və onların əhəmiyyətini potensial müştərilərə effektiv şəkildə çatdırmaq;
- Müştəri tələblərini müəyyən etmək və texniki həllər təqdim etmək üçün satış komandası ilə yaxından işləmək və uğurlu satış və gəlir əldə etməkdə dəstək olmaq;
- Kibertəhlükəsizlik məhsulları, xidmətləri və trendlərini davamlı təqib etmək;
- Satış heyəti ilə birlikdə müştərinin ehtiyaclarını müəyyənləşdirmək, texniki müzakirələr aparmaq və müştəriyə uyğun həllərin təqdimatını etmək;
- Hər bir müştərinin unikal tələblərinə cavab verən fərdiləşdirilmiş kibertəhlükəsizlik həlləri hazırlamaq üçün texniki və mühəndis heyəti ilə birlikdə işləmək;
- Təklif sorğularına (RFPs) və məlumat sorğularına (RFI) texniki cavabların hazırlanması;
- Şirkətin portfelində olan kibertəhlükəsizlik həllərinin bazarda olan alternativ həllərlə rəqabət analizini aparmaq;
- Satış komandasına və ehtiyac yarandığı halda müştərilərə təklif olunan həll və məhsulları daha yaxşı başa düşmələri üçün təlimlər vermək;
- Satışın uğurlu olması, müştəridə yarana biləcək narahatlıqları aradan qaldırmaq üçün texniki sualları araşdırıb cavablandırmaq və satış komandası ilə daim birlikdə işləmək;
- Əməkdaşlıq və effektiv ünsiyyət;
- Təqdimat bacarıqları;
- Güclü satış bacarığı;
- Təhlil etmək və problem həll etmək bacarığı;
- Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq;
- Komandada işləmək bacarığı;
- Davamlı öyənmə və özünü inkişaf istəyi.
Requirements
- Təhsil: Ali (Kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və ya müvafiq texniki peşələr sahəsində bakalavr dərəcəsi);
- Təcrübə: Kibertəhlükəsizlik mühəndisi, kibertəhlükəsizlik üzrə məsləhətçi, texniki satış mühəndisi kimi oxşar sahələrdə 3-5 il;
- Dil bilikləri: Azərbaycan və ingilis dilləri mütləq, rus dili arzuolunandır;
- Network security;
- Endpoint security;
- Cloud security;
- Identity and access management (IAM);
- Threat detection and prevention;
- Encryption and data protection;
- Security compliance and regulations;
- Bazarda mövcud olan geniş çeşidli kibertəhlükəsizlik məhsulları, həllər və xidmətlərlə tanışlıq və cari təhdidlər, zəifliklər və sənayenin ən yaxşı təcrübələri daxil olmaqla kibertəhlükəsizlik mühitini dərindən başa düşmək;
- Mürəkkəb kibertəhlükəsizlik problemlərini təhlil etmək və onların həlli üçün müvafiq həllər hazırlamaq bacarığı;
- Müştərilər üçün texniki təkliflər, diaqramlar və hesabatlar yaratmaq üçün güclü sənəd hazırlamaq bacarıqları;
- Müştərilərlə qarşılıqlı əlaqənin və texniki sənədlərin dəqiq qeydiyyatını aparmaq bacarığı;
- Tənzimləmələr və uyğunluq standartları (ISO27001, NIST, CIS və s.) haqqında biliklər;
- Kibertəhlükəsizlik sahəsində yeni yaranan təhdidlər və texnologiyalar haqqında daim yenilənən məlumatları izləmək.
Sales
İCT