Matanat A

Satış məsləhətçisi

By agreement
Full-time
Baku, Azerbaijan
08.05.23 - 07.06.23

Working conditions

  • Şöbənin fasiləsiz satış işini təmin etməlidir;
  • Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;
  • Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını keçirməlidir;
  • Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;
  • Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir;
  • Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;
  • Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır;
  • Anbardan malları qəbul edərkən onların tamlığına, qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir;
  • İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır;
  • Mağazada mövcud olan hər bir məhsul çeşidi haqqında məlumatlı olmaq;
  • Mağaza meneceri və köməkçisinin göstərişlərini dəqiq ,vaxtında və keyfiyyətli yerinə yetirmək;
  • Şirkətin daxili nizam intizam qaydalarına əməl etmək;
  • Rəhbərliyin göstərişlərini yüksək keyfiyyət və dəqiqliklə yerinə yetirmək.

Requirements

  • Təhsil: Orta və ya ali;
  • Təcrübə: Müvafiq sahə (inşaat məhsulları) üzrə 1-3 il;
  • Dil bilikləri: Azərbaycan dili səlis (rus dili arzuolunan);
  • Elementar riyazi hesablamaları;
  • Satış texnikası və prinsiplərini;
  • İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir.


This job has expired

Related vacancies