AZCD Group QSC

Sahə rəisi

By agreement
Full-time
Shusha, Azerbaijan
27.03.23 - 26.04.23

Working conditions

  • Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;
  • Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcə də tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
  • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr,əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
  • Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin etmək;
  • Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək;
  • İnşaat maşınlarına, nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, detallara, alətlərə, əşyalara sifarişlər vermək və onların səmərəli istifadəsini təmin etmək;
  • İşlərin istehsalat layihəsinə uyğun yerinə yetirilməsini təmin etmək, icra üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlamaq, üstü örtülü işlərə aid aktları tərtib etmək və texniki icra sənədlərini hazırlamaq;
  • İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək;
  • Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcminə, əmək məhsuldarlığına nəzarət etmək, ustalara, icrası nəzərdə tutulan tapşırıqlar vermək və onların icrasına nəzarət etmək;
  • Subpodrat (xüsusiləşdirilmiş) təşkilatların gördükləri işlərə nəzarət etmək və bitmiş işləri təhvil almaq;
  • Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət etmək;
  • İstehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflər vermək, fəhlələrin ixtisas artırmasını təşkil etmək.

Requirements

  • Yaş: 30-50;
  • Təhsil: İnşaat sahəsində təhsil arzu olunandır;
  • Təcrübə: Müvafiq sahə üzrə ən azı 3 il (bina tikintisində);
  • Kompüter bacarıqları: Autocad üzrə bilik.


This job has expired

Related vacancies