Baku,
Azerbaijan
18.09.23
-
18.10.23
Working conditions
- Qanunvericiliyə və mühasibat uçotunun aparılması qaydalarına uyğun şirkətdə mühasibat uçotunu təşkil və təmin etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və hərəkəti ilə bağlı əməliyyatları vaxtında mühasibat uçotunda, o cümlədən müvafiq elektron mühasibat sistemlərində əks etdirmək;
- Rəsmi hesabatları (vergi, DSMF, statistika) hazırlamaq və vaxtında təqdim etmək;
- Tələb olunan statistik hesabatları hazırlamaq;
- Maaş, məzuniyyət, ezamiyyət və s. əmək haqqı ilə bağlı hesablamaları aparmaq, ödənişləri həyata keçirmək və sənəd uçotunu müvafiq qaydada təmin etmək;
- Bank əməliyyatlarını icra etmək, hesablar üzrə ödənişləri həyata keçirmək;
- Elektron qaimə, faktura və s. sənədləri tərtib və icra etmək, göndərmək;
- Rəhbərliyə işi haqqında müvafiq qaydada həftəlik/aylıq hesabatlar təqdim etmək;
- Nahar yeməyi və rabitə xərcləri şirkət tərəfindən təmin olunur;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00.
Requirements
- Təhsil: Ali (Maliyyə üzrə);
- Təcrübə: Sahə üzrə ən azı 3 il (FMCG sahəsində arzu olunandır);
- Dil bilikləri: Azərbaycan dili biliyi peşəkar səviyyədə mütləqdir;
- Kompüter bacarıqları: Mikro, Günəş mühasibat və orta səviyyədə MS Excel proqramlarında işləmə bacarığı;
- Peşəkar mühasib sertifikatının olması vacibdir;
- IFRS, CFM sertifikatının olması üstünlükdür;
- Mühasibat uçotunun və kargüzarlığının aparılması haqqında mükəmməl bilik;
- Müvafiq dövlət portallarında və elektron bank sistemində yüksək səviyyədə işləmə bacarığı və iş təcrübəsi;
- Əlaqədar qanunvericilik (vergi, əmək və s.) üzrə bilik
- Statistik məlumatlarla işləmə bacarığı və hesabatların hazırlanması üzrə iş təcrübəsi;
- Analitik düşünmə və detallara diqqət qabiliyyəti;
- Məsuliyyətlilik və komandada işləmə bacarığı.
Accountant
Food