AzPride

Mühasib

By agreement
Full-time
Baku, Azerbaijan
13.11.23 - 13.12.23

Working conditions

  • Müəssisənin maliyyə fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün və zamanında əks etdirilməsini, dövriyyə-qalıq cədvəlindəki bütün hesabların və həmin hesablar üzrə əməliyyatların düzgünlüyünü və səlisliyini təmin etmək; 
  • 1C proqramında dövrün bağlanması əməliyyatlarının zamanında və düzgün icrasını təmin etmək (iş və xidmətlərin maya dəyərinin hesablanması, xərclərin və gəlirlərin bağlanması, amortizasiyanın hesablanması və s.);
  • Vergi hesabatlarının tərtib və təqdim edilməsi - aylıq, rüblük, illik; 
  • DSMF (vahid bəyannamə) və statistika idarələrinə - aylıq, rüblük, illik hesabatların tərtib və təqdim edilməsi;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
  • Vergilərin və digər icbari hesabatların zamanında və düzgün hazırlanması və təqdim edilməsi, həmçinin müvafiq ödənişlərin hesablanması və ödənilməsinə nəzarət etmək; 
  • Daxili audit, vergi yoxlaması və digər yoxlama qurumları tərəfindən təşkil edilən yoxlama və sorğularda iştirak etmək, sorğuların zamanında və düzgün cavablandırılmasını təmin etmək;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Requirements

  • Yaş: 25-45; 
  • Cinsi: Xanım;
  • Təhsil: Ali (Maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür);
  • Təcrübə: Baş mühasib olaraq ən az 5 il;
  • Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili biliyi arzuolunandır;
  • Kompüter bacarıqları: MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə, 1C  proqramını yüksək səviyyədə bilmək, e-gov.az, e-taxes.gov.az, emas.gov.az işləmə bacarığı;
  • Yüksək ünsiyyət və danışıq aparmaq qabiliyyəti;
  • Aktivlik, çeviklik və məsuliyyətlilik;
  • Peşəkar mühasib sertifikatının olması üstünlükdür;
  • Məsuliyyətli, diqqətcil, komandada işləmə bacarığı.


Related vacancies