Baku,
Azerbaijan
12.10.23
-
11.11.23
Working conditions
- Şirkətin şirniyyat məhsullarının müştərinin diqqətini cəlb edəcək şəkildə düzülüşlərini təmin etmək, məhsula satış görünüşünü vermək;
- Rəqib məhsullardan daha yaxşı yerlərdə məhsulların düzülüşünü təmin etmək, əlavə açılış sahələri yaradaraq məhsullarımızın satış nöqtəsindəki sahib olduğu payı artırmaq;
- Satış nöqtələrində məhsullara ayrılmış yer münasib deyilsə, ən çox diqqət çəkən rəflərdə açılışını və normativlərə uyğun düzülüşünü təmin etmək, məhsul qruplarının hamısının birlikdə açılışına və düzülüşünə çalışmaq;
- Şirkətin təqdim etdiyi uniformasını təmiz saxlamaq və geyim qaydasını pozmamaq;
- Şirkətin daxili nizam-intizam qaydalarına daim riayət etmək;
- Gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalı;
- Gün ərzində 4-5 mağaza ziyarət olunur;
- Mağazalar arası yol xərci şirkət tərəfindən qarşılanır;
- Şirkətin nəqliyyat vasitəsilə rayonlara ezam olunduqda hər gün üçün əlavə 25 Azn ödənilir;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: 6 günlük;
- İş saatı: 08:00 - 18:00;
- İş yeri: Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Requirements
- Yaş: 25-35;
- Təcrübə: Göstərilən vəzifə üzrə ən azı 1 il;
- Ciddi, səliqəli və məsuliyyətli;
- Məhsulları satış nöqtələrində sərgiləmə bacarığı;
- Müştərilərlə ünsiyyət bacarığı;
- Yaşayış yeri, sağlamlıq, məhkumluq haqqında arayışlar.
Sales
Food