Kristal Abşeron
By agreement
Full-time
Baku, Azerbaijan
27.01.23 - 26.02.23

Working conditions

  • Layihələrin planlaşdırılması, hazırlanması və icrası;
  • Sifarişçilərlə danışıqlar aparmaq və onların tələblərini başa düşmək;
  • Hüquqi qaydaları nəzərdən keçirtmək;
  • Tikilini layihələşdirmək, dəyərləndirmə və yoxlanış nəticələrini təqdim etmək;
  • Planlaşdırma zamanı texniki elementlərdən istifadə etmək və xüsusi elementlərin dizayn və hesablanması ilə bağlı mühəndislə əlaqə saxlamaq;
  • Layihə ilə bağlı ətraflı texniki və iqtisadi hesablamalar aparmaq;
  • Sxemlərin, maketlərin və kompüter modellərinin hazırlanmasına nəzarət etmək və yoxlamaq;
  • Tikinti və inşaat işlərinin layihəyə uyğun aparılmasına nəzarət etmək:
  • Ərazinin müntəzəm monitorinqini aparmaq və məsələlər ilə bağlı aidiyyatı mütəxəssislərlə məsləhətləşmək;
  • Təlimatlar, hesablamalar, tikinti və inşaatın konkret planlaşdırılması, heyətlə bağlı texnikləri yönləndirmək;
  • Quraşdırma işlərini müzakirə etmək və xüsusi icazələrin alınmasını təmin etmək;
  • Təkliflərin hazırlanması, onların qiymətləndirilməsi, eləcə də müqavilələrin icra olunmasını təşkil etmək;
  • Razılaşdırılmış və müəyyən edilmiş keyfiyyətə təminat normalarına uyğun olaraq nəzarət və qiymətləndirmə sistemlərini yaratmaq;
  • Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanmasını təmin etmək məqsədilə tikinti və inşaat işlərinin keyfiyyətini monitorinq etmək və qeydə almaq;
  • Yeni sistemin icrası və onun mövcud struktur və layihələrə inteqrasiyası ilə bağlı podratçılar, sifarişçilər, səlahiyyətli şəxslər və yardımçı heyətlə müzakirələr və məsləhətləşmələr aparmaq.
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24.

Requirements

  • Təhsil: Memarlıq üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
  • Dil bilkləri: Azərbaycan dilini mükəmməl bilməli, Rus dili bilməsi arzuolunandır;
  • Müasir tikinti norma və qaydalarını, texnologiyalarını, tikinti materialların xüsusiyyətlərini və növlərini bilmə bacarığı;
  • Kompüter bacarıqları: MS Office (Word, Excel), Autocad, ArchiCAD proqramlarında işləməyi bilməli.


This job has expired