Baku,
Azerbaijan
17.10.23
-
16.11.23
Working conditions
- Şirkət üçün yeni marketinq imkanlarını, kanallarını müəyyənləşdirmək və reklam təşəbbüslərini həyata keçirmək;
- Daimi olaraq daşınmaz əmlak bazarının trendlərini izləmək və işdə tərtib etmək;
- Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün müəyyən edilmiş müddət ərzində marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək;
- Kampaniyaların effektivliyini ölçmək və hədəfləri təyin etmək;
- Məlumatların brend qaydalarına uyğun olmasını və hər yerdə eyni üslubda təqdim olunmasını təmin etmək;
- Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün dəqiq və aydın briflər hazırlamaq;
- İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək;
- Tərəfdaş şirkətlərə ödənişlərin vaxtında həyata keçirilməsini idarə etmək;
- OOH, SM və digər kanallarda məlumatların günlük, aylıq və rüblük monitorinqini həyata keçirmək;
- Rəhbərlik tərəfindən həvalə olunan tapşırıqları yerinə yetirmək.
Requirements
- Təhsil: Ali (Biznes, marketinq və ya kommersiya sahələrindən biri üzrə);
- Təcrübə: Brend və ya reklam işi sahəsində 1 il (daşınmaz əmlak üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- Kompüter bacarıqları: Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili biliyi (Rus və ingilis dili biliyi arzuolunandır);
- Analiz və təhlil bacarığı;
- Problem həlli bacarıqları;
- Təqdimat hazırlama bacarığı;
- İcarə sahəsində kontent yaratmaq bacarığı.
Marketing
Professional services