Daşkəsən Dəmir Filiz MMC

Maliyyə üzrə aparıcı mütəxəssis

By agreement
Full-time
Baku, Azerbaijan
18.01.23 - 17.02.23

Working conditions

  • Cəmiyyətin büdcə planının hazırlanması və təsdiqlənməsini təmin etmək;
  • Balans, mənfəət və zərər, nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
  • Xarici qurumlara rüblük hesabatlar göndərmək və göstəricilər üzrə izahlar vermək;
  • Xərclər üzrə cəmiyyət daxili şöbələrlə müzakirələr aparmaq və smeta göstəricilərinə əsasən qərarları formallaşdırmaq;
  • Cəmiyyətin maliyyə strategiyasının və onun maliyyə sabitliyinin təməlinin hazırlanmasını təmin etmək;
  • Lazımi hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatını təmin etmək;
  • Biznes planlarının tərtibatı üçün materialları hazırlamaq;
  • Cəmiyyətin dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasını, onların icmallaşdırılmasını təhlil edərək rəhbərinə təqdim etmək;
  • Əsas fondun cari və əsaslı təmirin maliyyələşdirilməsinin qayda və meyarlarının müəyyən edilməsinində iştirak etmək;
  • Pul vəsaitləri üzrə büdcənin tərtib edilməsi, şirkətin üzləşə biləcəyi pul defisiti ilə bağlı maliyyələşmə mənbələrinin müəyyən edilməsi;
  • Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakının təmini və koordinasiyasının təmin edilməsi;
  • Struktur bölmələrin təqdim etdiyi büdcə layihələrinin təhlil edilməsi;
  • Büdcənin icrasına mütəmadi nəzarətin həyata kecirilməsi və icra vəziyyətinə dair hesabatların rəhbərinə təqdim olunması;
  • Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi, büdcəyə düzəlişlərin həyata keçirilməsi;
  • Büdcə xərclərinin səmərəliliyinin təhlilini aparılması və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi;
  • Şirkətin daxili normativ sənədləri ilə müəyyən olunmuş müddətlərdə ilin hər rübü üzrə büdcənin icra vəziyyətini təhlil etməklə növbəti dövrlərin büdcələrinə düzəlişlər etmək üçün təkliflər verilməsi;
  • Maliyyə hesabatlarının hazırlanması;
  • Şirkətin hesabatlılıq sisteminin dəqiqliyinin və dolğunluğunun təmin edilməsində iştirak edilməsi;
  • Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;
  • Şirkətin rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
  • Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması.
  • İş yeri: Bakı şəhəri.

Requirements

  • Təhsil: Maliyyə ixtisası üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi, ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar;
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), ingilis və rus dilləri arzuolunandır;
  • Komputer bacarıqları: Microsoft Office proqramları.
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi.


This job has expired