Rahat Telecom

Mal-material mühasibi

700 ₼
Full-time
Baku, Azerbaijan
07.05.23 - 06.06.23

Working conditions

  • Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparır, mal-materialların faktiki maya dəyərini hesablayır;
  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin edir, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlayır, uyğunsuzluq hallar aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin edir;
  • Layihələr üzrə görülmüş işlərin təhvil-təslim aktı sənədlərini cavabdeh şəxslərdən qəbul edib akta əsasən layihə anbarından mal-material silgisini həyata keçirir;
  • Dövri olaraq layihə anbarlarının mal-material qalıqlarını müvafiq layihələr üzrə cavabdeh şəxslərlə təsdiq edir;
  • Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlayır və nəzarət edir;
  • Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edir;
  • Mal-materialların hərəkətinə dair məlumatlarını mühasibat proqramı (1C 8.2) bazasına əlavə edir;
  • Müəssisənin kommersiya sirrinin saxlanmasını təmin etməlidir;
  • Müəssisənin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət edir;
  • Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena və mülki-müdafiə qaydalarına riayət edir;
  • AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Dövlət Statistika Komitəsinin yanı.

Requirements

  • Yaş: 25-50;
  • Təhsil: Ali (maliyyə-mühasibatlıq sahəsi üzrə);
  • Təcrübə: Müvafiq sahədə ən azı 3 il;
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarını (Excel, Word), 1C proqramını  yüksək səviyyədə bilməli.


This job has expired