Baku,
Azerbaijan
05.02.25
-
05.03.25
Working conditions
- Müxtəlif kibertəhlükəsizlik alətləri (SIEM, IDS/IPS, firewall, antivirus və s.) tərəfindən yaradılan təhlükəsizlik xəbərdarlıqlarına nəzarət etmək və analiz etmək;
- Təhlükəsizlik məsələləri, zəifliklər və pozuntuların araşdırılmasında və cavablandırılmasında kömək etmək;
- Təhlükəsizlik siyasətlərinin, standartlarının və prosedurlarının tətbiqini icra etmək;
- Təhlükələrin azaldılması üçün tövsiyələrlə birlikdə təhlükəsizlik riskinin qiymətləndirilməsi və zəiflikləri skan etmək;
- Firewall kimi təhlükəsizlik alətləri və sistemlərinin konfiqurasiyasını etmək və dəstək göstərmək;
- Şəbəkə və sistem idarəçiliyində optimal təhlükəsizlik təcrübələrini təmin etmək üçün İT komandası ilə işləmək;
- Yeni yaranan kibertəhlükəsizlik təhdidləri və bazarda olan ən yaxşı təcrübələri araşdırmaq;
- Mükəmməl təhlükəsizlik gigiyenasını təşviq etmək üçün əməkdaşlara təhlükəsizlik məlumatlılığı təlimində kömək etmək;
- Təhlükəsizlik hadisələri, tapıntılar və təklifləri əks etdirən ətraflı hesabatlar yaratmaq;
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri : Aşıq Molla Cümə 46 C.
Requirements
- İş təcrübəsi: sahə üzrə min. 1 il iş təcrübəsi;
- Təhsil: Kibertəhlükəsizlik, informasiya texnologiyaları, kompüter elmləri üzrə bakalavr təhsili;
- Loqları təhlil etmək və şübhəli fəaliyyəti aşkar etmək bacarığı;
- Problem həll etmə bacarığı və detallara diqqət;
- Effektiv ünsiyyət və komandada işləmək bacarığı;
- CompTIA Security+, CEH (Certified Ethical Hacker) kimi sertifikatlar və ekvivalent sertifikatlara sahib olmaq;
- Firewall, antivirus və müdaxilənin aşkarlanması/qarşısının alınması sistemləri kimi təhlükəsizlik məhsulları ilə təcrübənin olması;
- Ümumi kibertəhlükəsizlik təhlükələrini (zərərli proqram, fişinq və ransomware kimi) və təsirin azaldılması tədbirlərini başa düşmək.
Information technology
Commerce