Code Academy

Kibertəhlükəsizlik üzrə müəllim

By agreement
Full-time
Baku, Azerbaijan
26.03.23 - 25.04.23

Working conditions

  • Dərs prosesi başlamazdan əvvəl proqram rəhbəri ilə tədris proqramı haqqında müzakirə aparır, proqram ilə tanış olur, təkmilləşdirmə üzrə təkliflər verir;
  • Müstəqil şəkildə tədris proqramı çərçivəsində dərsi keyfiyyətli şəkildə təyin olunan tədris saatları çərçivəsində tədris edir;
  • Ev tapşırıqlarını təyin edir, qiymətləndirir, mentorla və ya müəllim köməkçisi ilə sıx işləyir;
  • Tələbə layihələrini təyin edir və məzun olma proseslərində proqram rəhbəri ilə birgə qərar verən tərəf kimi çıxış edir;
  • Dərslərdə tələbələri izləyir, dərsin yekununda “davamiyyət” və “aktivlik” hesabatına qeydlərin edilməsinə nəzarət edir, öz qeydləri ilə müqayisə edir və təsdiq edərək məlumat bazasına yerləşdirir;
  • Tələbələrin “aktivlik cədvəli”nə əsasən qiymətləndirildiyindən əmin olur və hesabatın sistemə daxil edilməsini təsdiq edir;
  • Tədris boyunca keçilən proqrama uyğun olaraq hər mərhələ üçün tapşırıqlar hazırlayır, tələbələrə təqdim edir, son icra tarixini təyin edir, tapşırıqları yoxlayır, qiymətləndirilmiş tapşırığı öz rəyləri ilə təqdim edir və müvafiq sistemə yerləşdirir;
  • Tələbələrin bütün sorğularını qəbul edir və cavablayır;
  • Akademiyanın standartları çərçivəsində müsbət tələbə təcrübəsinin yaradılmasında birbaşa iştirak edir.

Requirements

  • Təcrübə: Kibertəhlükəsizlik sahəsində minimum 1 il (IT sahəsində minimum 3 il);
  • Əgər namizəd freelance çalışıbsa portfoliosu barədə məlumat;
  • Akademik heyətin dəstəklənməsi və inzibati işlər üzrə kiçik təcrübə;
  • LPIC 1 (Linux Professional Institute), RHCSA (Red Hat Certified System Administrator), Comptia A+, Comptia Security+, CEH (Certified Ethical Hacking), OSCP (Offensive Security Certified Professional) sertifikatlarının olması arzuolunandır.


This job has expired

Related vacancies