Azprotein Foods Group

Keyfiyyətə nəzarət üzrə inspektor

Location Baku, Azerbaijan
Work type Full-time
Category Engineering
Vacancy date 16.01.23 15.02.23

Working conditions

  • Cəmiyyətin istehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və icrasını təmin etmək;
  • İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Standart və texniki şərtlərin tələbləri, təsdiqlənmiş nümunələr (etalonlar) və texniki sənədlər, çatdırılma və müqavilə şərtlərinə uyğun olaraq müəssisənin istehsal etdiyi məhsulların, icra etdiyi işlərin (göstərdiyi xidmətlərin) keyfiyyətinə nəzarət, həmçinin istehsalat intizamının möhkəmləndirilməsi, keyfiyyətli və rəqabət qabiliyyətli məhsulların istehsalının təmin olunmasına nəzarət etmək;
  • Müəssisəyə daxil olan material resurslarının (xammal, material, yarımfabrikat, komplektləyici məmulatlar) yoxlanması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması;
  • İstehsal prosesinin bütün mərhələlərində əməliyyat nəzarəti, hazır məhsulların keyfiyyəti və komplektliliyi, müəssisədə istehsala aid əl alətləri və texnoloji ləvazimatların keyfiyyəti, həmçinin müəssisənin bölmələri və anbarlarda xammal, material, yarımfabrikat, komplektləyici məmulatlar, hazır məhsulların düzgün saxlanmasına nəzarət edilməsi;
  • Hazır məmulatların sınaqdan keçirilməsi və məhsulların (işlərin, xidmətlərin) keyfiyyətini təsdiq edən sənədlərin tərtib olunmasına nəzarət, təchizatçıların çatdırılmaların keyfiyyətinə dair tələbləri pozduqda reklamasiyaların hazırlanması, həmçinin məhsulların istehsal prosesinə cari nəzarət üzrə metodika və texnoloji təlimatların vaxtında məsul işçilərə təqdimatı, müəssisədə nəzarət-ölçü vasitələrinin vəziyyəti və onların dövlət yoxlaması üçün vaxtında təqdim olunması, keyfiyyətə nəzarət xidmətlərinin lazımi texniki sənədlərlə təmin edilməsinə nəzarəti edilməsi;
  • Reklamasiyaların təhlili, istehsal texnologiyalarında nöqsan və pozuntuların yaranması, işlərin keyfiyyətinin pisləşməsi, zay məhsul və aşağı növdə məhsulların buraxılmasının səbəblərinin araşdırılması, onların aradan qaldırılması üçün təkliflərin hazırlanması, həmçinin bütün istehsal halqalarının müəyyən olunan tələblərə uyğun məhsulların istehsalına görə məsuliyyətinin artırılması üçün lazımi tədbirlərin görülməsi, keyfiyyətsiz məhsulların qəbulu və yüklənib göndərilməsinin dayandırılması üzrə işlərə nəzarət edilməsi;
  • Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
  • Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlanması;
  • Gündəlik yoxlama vərəqləri əsasında həm yazılı və həm də elektron hesabatları təqdim etmək;
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Müəssisə Buzovnada yerləşir;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Koroğlu metrosundan servislə işə çatdırılma var.

Requirements

  • Cins: Kişi;
  • Yaş: 25-45;
  • Təcrübə: Qida sahəsi üzrə 1 il iş təcrübə;
  • Təhsil: Müvafiq sahə üzrə ali təhsil, Bakalavr dərəcəsi olmalı, Qida mühəndisi, kimya-texnologiya, Standartlaşdırma və sertifikasiya, Əmtəə mallarının ekspertizası ixtisasları üzrə;
  • İSO 9001, İSO 22000 standarları üzrə sertifikatı olmalı;
  • Qida təhlükəsizliyi sahəsində standartlar və normativ hüquqi aktlar barəsində məlumatlı olmalı.

Follow us on Teleqram for more vacancies.

Related vacancies