Azerconnect LLC

İT layihə rəhbəri

By agreement
Full-time
Baku, Azerbaijan
15.05.23 - 14.06.23

Working conditions

  • Həyata keçirilən transformasiya və digər layihələrinin və təşəbbüslərin vaxt, keyfiyyət və büdcə meyarlarına uyğun olaraq idarə edilməsini dəstəkləmək;
  • Biznes tələblərini ətraflı şəkildə əks etdirərək, hər hansı potensial riskləri müəyyən etmək və məhsulun bazara daha tez bir zamanda çıxışı və xərclərin səmərəliliyini artırmaq üçün alternativ yollar seçmək;
  • Yüksək səviyyəli məlumatı detallara ayırıb təhlil etmək və bu detalları müvafiq auditoriyaların başa düşəcəyi bir şəkildə onların nəzərinə təqdim etmək;
  • Mümkün hallarda, sistemlərin fərdiləşdirmədən effektiv şəkildə istifadə olunması üçün tələblərə və prosesə təsir göstərmək;
  • Biznes tələblərini onların texniki mümkünlüyü ilə tarazlaşdırmaq və yeni layihələr üzrə gözləntiləri müəyyən etmək, resursları və yerinə yetirilmə müddətlərini müəyyən etmək;
  • Biznes tələblərinin aydınlaşdırılması və məsələlərin həll olunması üçün biznes, texniki və sınaq resursları ilə əməkdaşlıq etmək;
  • Layihənin həyata keçirilməsi mərhələlərinə aid olan sənədləşdirmənin tam həcmdə aparılmasını, o cümlədən, sənədlərin yaradılmasını, toplanmasını, arxivləşdirilməsini və versiyalarının idarə edilməsini təmin etmək;
  • Layihənin gedişatına nəzarət etmək, məsələləri və münaqişələri, işin həcmində dəyişiklik üçün sorğuları həll etmək, layihənin plan üzrə həyata keçirilməsini dəstəkləməyə yönəlmiş tədbirlər məsləhət görmək və layihənin  və təşəbbüslərin gedişatı haqqında bütün maraqlı tərəflərə məlumat vermək;
  • Proseslərdə dəyişiklik və təkmilləşdirmələr, eləcə də şöbələr arasında ən səmərəli olan əlaqələrin qurulması üçün optimal həllər təklif etmək;
  • Şöbə müdirinə müntəzəm hesabatlar təqdim etmək;
  • Daxili nizam-intizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşmaq və onlara riayət etmək;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi, yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur, siyasət, təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.

Requirements

  • Təhsil: Ali (informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi);
  • Təcrübə: Layihə idarəetməsi sahəsində 2 ildən çox;
  • Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri mükəmməl səviyyədə;
  • Telekommunikasiya sahəsində təcrübə;
  • İT sahəsində layihələrin, proqram təminatı və tətbiqlərin həyata keçirilməsində iştirak çoxsaylı tapşırıqları yerinə yetirmək, tapşırıqları prioritetləşdirmək, kritik qərarlar qəbul etmək bacarığı;
  • Müstəqil və komandada işləmək bacarığı.


This job has expired