Baku,
Azerbaijan
15.11.23
-
15.12.23
Working conditions
- Əmək və xidmət müqavilələrini hazırlamaq və imzalanmasını təmin etmək, əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə, kadrlar barədə məlumatları müvafiq elektron sistemə daxil etmək;
- Qanunvericiliyə müvafiq qaydada işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, mükafatlandırılması, intizam tənbehinin verilməsi və işdən azad edilmələrini rəsmiləşdirmək, habelə müvafiq aktların tərtib edilməsini həyata keçirmək;
- Təsdiqlənmiş kadr əmrlərinin qeydiyyatını aparmaq, işçilərin şəxsi işlərini (işçilərə aid kadr sənədlərini) formalaşdırmaq;
- Məzuniyyətləri və ezamiyyələri rəsmiləşdirmək və siyahıya almaq;
- Universitetin təşkilati struktur və ştat cədvəlinin layihəsini hazırlamaq;
- Hesabatları və statistik məlumatları hazırlamaq;
- İşçilərin aylıq işə davamiyyət (tabel) cədvəllərini toplamaq, yoxlamaq və orada qeyd olunan məlumatların müvafiq elektron proqramlara daxil etmək;
- Yeni təyinatlar, vəzifə dəyişiklikləri, qeyri-iş günləri, qısaldılmış iş vaxtları, bayram və işçilərin ad günü təbrikləri, digər zəruri bildirişlər ilə bağlı e-mail məktublar göndərmək;
- Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Requirements
- Təhsil: Bakalavr;
- Təcrübə: Kargüzarlıq sahəsində 3 ildən az olmayaraq;
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dili (arzuolunandır);
- Kompüter bacarıqları: MS Office proqramları, “1C”;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyini;
- Kadr işinin təşkilini, kargüzarlığın aparılmasını;
- İnsan resurslarına aid elektron proqramlardan istifadə qaydalarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarını.
Human resources
Education