Bioloji Təbabət Klinikası

İnsan Resursları şöbəsinin rəhbəri

2000 - 3000 ₼
Full-time
Baku, Azerbaijan
23.02.23 - 25.03.23

Working conditions

  • İnsan Resursları proqramlarının idarə edilməsi;
  • Strategiyasının formalaşdırılması, insan resursları siyasətlərinin, prosedurlarının, qanunlarının və standartlarının işçilərə izah olunması;
  • Biznesin strateji məqsədlərinə uyğun olaraq klinikanın strukturunun optimallaşdırılması;
  • Klinika üçün motivasiya proqramlarının hazırlanması;
  • İşçilərin qiymətləndirilməsi, təlimi və inkişafı sisteminin hazırlanması və əlaqələndirilməsi, daxili təlim sisteminin keçirilməsi;
  • Klinikanın qayda və standartlarının işlənib hazırlanması və həyata keçirilməsi, icrasına nəzarət;
  • Klinikanın təşkilati strukturunun və ştat cədvəlinin formalaşdırılması;
  • İnsan Resursları şöbəsinin fəaliyyətini planlaşdırmaq, təşkil etmək;
  • Kadrların idarə edilməsi, iş vaxtının uçotunun aparılması, kadr hesabatlarının və xərclərinin maliyyələşdirilməsi üzrə hesabatların hazırlanması;
  • Bütün şöbələr və işçi kateqoriyaları üzrə vəzifə təlimatlarının hazırlanması;
  • İşçilərin məlumat bazasının yaradılması;
  • Tətil və iş qrafiklərini planlaşdırmaq;
  • İşə qəbul ehtiyaclarını proqnozlaşdırmaq və s;
  • İnsan Resursları üzrə bütün əməliyyatların yerinə yetirilməsi;
  • İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin təmin edilməsi;
  • İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
  • Bütün əməliyyatların Emas.sosial.gov.az, e-sosial elektron portalında işlənilməsi;
  • İşə davamiyyət cədvəlinin hazırlanması;
  • Xəstəlik vərəqəsinin, sosial, əmək məzuniyyətinin hesablanması və icrası və s;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00-dan - 18:00-dək;
  • İstirahət: Şənbə və bazar günləri.

Requirements

  • Təhsil: HR üzrə xaricdə əyani bakalavr və ya magistr təhsili (menecment, psixologiya və ya insan resursları sahəsində);
  • Təcrübə: Bu sahədə ən azı 3 il;
  • Dil bilikləri: Azərbaycan və rus dillərini əla, ingilis dilini yaxşı səviyyədə bilməli;
  • Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə Excel);
  • 1C proqramı biliyi;
  • İnsan Resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
  • AR Əmək qanunvericiliyini mükəmməl bilməli;
  • Vaxtın və konfliktlərin effektiv idarə edilməsi;
  • Məsuliyyət, dürüstlük, çeviklik və problem həlletmə bacarığı.
  • Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] mail ünvanına göndərə bilər.


This job has expired