Azea Construction

İnşaat işləri üzrə layihə meneceri

1000 ₼
Full-time
Baku, Azerbaijan
16.10.23 - 15.11.23

Working conditions

  • Fərdi evlərin, inzibati binaların, villaların, ticarət və istehsalat təyinatlı obyeklərin inşaası və təmirinin layihələndirilməsi;
  • Təsdiqlənmiş layihələrin layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi;
  • İcra olunan inşaat layihələrini nəzarətdə saxlamaq (istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş materialların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi);
  • Layihə üzrə tikinti prosesləri planının, iş qrafikinin və ümumi iş həcminin müəyyən olunması, layihə zamanı iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin tərtib olunması;
  • Layihələrin təqvim planı üzrə icrası, vaxtında və keyfiyyətlə tamamlanması və təhvil verilməsinə görə cavabdehlik daşıması;
  • Layihənin bütün hissələrinin biri-biri ilə və müvafiq sənədlərlə əlaqəsinin təmin edilməsi;
  • Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflər hazırlamaq;
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək və baş direktora təsdiq üçün təqdim etmək;
  • Layihə-smeta sənədlərinin vaxtında təqdim edilməsini təmin etmək;
  • Layihədəki büdcə risklərini təhlil etmək;
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı şirkətlərin və şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
  • İnşaat layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
  • Başa çatmış inşaat layihələrin təhvil-təslimində iştirak etmək;
  • Bütün layihələrin yoxlanılması, layihələrdəki yanlışlıqların aradadn qaldırılması və prosesin idarə edilməsi;
  • İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
  • Korporativ mobil nömrə və danışıq vaxtı;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.

Requirements

  • Yaş: 30-55;
  • Təhsil: Ali (İnşaat mühəndisliyi üzrə);
  • Təcrübə: İnşaat layihələrinin icrası üzrə, inşaat mühəndisi və ya inşaat sektorunda rəhbər vəzifədə ən azı 5 il;
  • Dil bilikləri: Azərbaycan dilini (yazmaq, oxumaq, danışmaq, anlamaq) yüksək səviyyədə bilməli, rus və ingilis dilləri namizəd üçün əlavə üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office (Project, Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı, digər proqramlar namizəd üçün üstünlükdür (3Dmax, AutoCAD, PrimaVera, Smeta);
  • Layihələrin idarə olunması üzrə sertifikatlar;
  • Azərbaycan vətəndaşı olmalı;
  • Azərbaycan Respublikası tikinti qanunvericiliyi və tikinti norma və qaydaları;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları;
  • Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını;
  • Yüksək ünsiyyət qurmağı və danışıqlar aparmağı bacaran, işgüzar, səlist və aydın nitq qabiliyyəti və özünü ifadə etmək bacarığına malik olmalı;
  • Davamlı olaraq məqsəd və hədəflərə çatmaq üçün çalışmaq bacarığı;
  • Analitik düşüncə, problemləri həll etmək və maneələri dəf etmək bacarığına malik olmalı;
  • İşi planlamaq bacarığına malik olmalı;
  • Aktiv dinləmə və fikrini izah etmək qabliyyətinə malik olmalı;
  • Təşəbbüskar qərar qəbul etmə bacarığı və stressə davamlı olmalı.


Related vacancies