Veysəloğlu Yaycılı Qardaşlar

HVAC mütəxəssisi

By agreement
Full-time
Baku, Azerbaijan
17.05.23 - 16.06.23

Working conditions

  • İstehsalat prosesində İsitmə-soyutma, hava tədarükü sistemlərin, avadanlıqların mexaniki, elektron və avtomatlaşdırılmış hissələrində müayinə və yoxlamaların həyata keçirilməsi, texniki xidmət, təmir-bərpa, yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy və göstərişlərin verilməsi, quraşdırma, sazlama,  sınaq və istismara buraxılması işlərin icrası;
  • Avadanlıqların (yük hesabatlarının) soyutma-isitmə güclərinin, hava miqdarının və digər texniki parametrlərinin düzgün yoxlanılması;
  • Havalandırma, isitmə və soyutma sistemlərinin güclərinin hesablanması və ərazinin sahəsinə uyğun rəy verilməsi;
  • Qırılan və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsini təmin etmək;
  • Təmir edilmiş komponentlərin və mexanizmlərin normal işləməsi üçün yoxlama testlərini təmin etmək;
  • Təmir işlərinin sənədləşdirilməsini təmin etmək;
  • Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması;
  • Məsul olduğu sahələrdə avadanlıqların və texniki qurğular üçün texniki qulluq büdcə planın hazırlanmasında iştirak etmək;
  • Texniki qulluq üçün lazım olan ehtiyat hissə, alət və avadanlıqların planlı şəkildə təminatını təmin etmək;
  • Məsul olduğu sahələrdə planlaşdırılan və yerinə yetirilmiş işlər üzrə tələb olunan qaydada rəhbərliyə hesabatların təqdim olunmasını təmin etmək;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Servis xidməti mövcuddur;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası.

Requirements

  • Təhsil: Müvafiq sahə üzrə peşə və ya ali;
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 5 il;
  • Kompüter bacarıqları: AutoCad və MS Office proqramlarından istifadə bacarığı;
  • Müvafiq ixtisası təsdiq edən təlim şəhadətnaməsi;
  • Təmir mühəndisi kimi sübut edilmiş iş təcrübəsi;
  • Fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
  • Yaşayış və kommersiya ərazilərinə dair isitmə-soyutma və havalandırma standartlar və tələblər üzrə əsaslı biliklər;
  • Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları;
  • Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları;
  • Sistem layihə və sxemlərini oxuma bacarığı;
  • Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları;
  • Təhlükəsizlik və avadanlıq təmiri prosedurlarını anlama;
  • Yaxşı ünsiyyət və təlim bacarıqları;
  • Hesabat hazırlama və analiz etmə bacarığı;
  • Elektrik motorları və panelləri ilə işləmə bacarığı;
  • Soyutma sistemləri ilə işləmə bacarığı;
  • Əməyin mühafizəsi təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını, daxili intizam qaydalarını bilməli və əməl etməli.


This job has expired