Baku,
Azerbaijan
13.10.23
-
12.11.23
Working conditions
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, inzibati, inzibati-prosessual, əmək, daşınmaz əmlak qanunvericiliyini bilmək və tətbiq etmək bacarığı;
- Azərbaycan-ingilis dillərində mülki-hüquqi müqavilə layihələrinin hazırlanması, ekspertizası, təhlili, rəy verilməsi və kontragentlərlə razılaşdsırılmasını təmin etmək;
- Hüquq şöbənin icraatında olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılmasını, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasını təmin etmək;
- Məhkəmə instansiyalarına təqdim olunması üçün sənədləri (iddia, etiraz, şikayət və s.) hazırlamaq, tələb olunan əlavə sənədləri toplamaq və şirkəti müvafiq işlərdə təmsil etmək;
- Daşınmaz əmlaklarında kommunal xidmətlər (su, elektrik, qaz) üzrə sərfiyyatı qeydə alan nəzarət, ölçü və sayğac cihazlarının, müvafiq texniki qurğu və avadanlıqların quraşdırılması, texniki baxışı, təmiri, dəyişdirilməsi və s. rəsmiləşdirilməsini təşkil etmək;
- Kirayə, istifadə hüququ əsasında müvəqqəti yaşayan əcnəbilərin qanunvericiliklə müəyyən olunmuş qaydada yaşayış yeri üzrə qeydiyyata alınması üçün tələb olunan sənədlərin hazırlanması və rəsmiləşdirilməsi işlərini aparmaq;
- Vəzifə və funksiyalarına aid edilmiş biznes və ya inzibati proseslər üzrə daxili tənzimləyici sənədlərin layihələrini hazırlamaq;
- Funksiyalarından irəli gələn digər vəzifələri yerinə yetirmək;
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi sığorta;
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
Requirements
- Təhsil: Ali (Hüquqşünaslıq və ya Beynəlxalq Hüquq ixtisası üzrə);
- Təcrübə: Müvafiq sahə üzrə minimum 2 il;
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri biliyi;
- Kompüter bacarıqları: MS Office proqramları biliyi;
- Məsuliyyət, təşkilatçılıq və qərarvermə bacarıqları;
- Ünsiyyət və komanda ilə işləmək bacarığı.
Legal
Professional services