Sumgait Technologies Park

Hüquq departamentinin direktoru

By agreement
Full-time
Sumgayit, Azerbaijan
22.02.23 - 24.03.23

Working conditions

  • Şirkətin daxilində hüquqi təminat, ekspertiza və təhlil işinin aparılmasa rəhbərlik;
  • Şirkətin adından pretenziya və iddialar, şikayətlər, pretenziyalara cavablar və iddialara etirazlar hazırlanmasına rəhbərlik;
  • Şirkətin hüquq və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında təmsil olunmasına nəzarət, fiziki və hüquqi şəxslərin qarşısında müdafiə işinin aparılmasına rəhbərlik;
  • Şirkətin struktur bölmələri tərəfindən qanunvericiliyə riayət olunmasının, hüquqi ekspertiza və normativ-hüquqi təminat işinin aparılması vəziyyətinin təhlil edilməsi, bu sahədə qanun pozuntularının müəyyən edilməsi, müvafiq təkliflər və təqdimatların hazırlanmasına rəhbərlik işlərinin aparılması;
  • Şirkətin daxilində hazırlanan əmr, təlimat, əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasının həyata keçirilməsi və zərurət olduqda şirkətin direktorunun tapşırığı əsasında bu layihələrin hazırlanmasında iştirak etməsi;
  • Şirkətin tərəf-müqabilləri ilə bağlanan müqavilələrin layihələrin təhlilinə rəhbərlik etmək, təqdim edilən müqavilə layihələrinin ekspertizasının həyata keçirilməsinə dair qərarlar qəbul etmək;
  • Departamentin fəaliyyəti ilə bağlı olan təlimat, qayda və prosedurların hazırlanmasında iştirak edir və bütün normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
  • Hüquqi ekspertiza üçün daxil olan normativ sənədlərin layihələrinə rəy verir, qüvvəsini itirənlərin ləğv edilməsi, qüvvədə olanlara dəyişikliklər edilməsi barədə təkliflər verir;
  • Şirkətin daxili normativ sənədlərinin, o cümlədən ümumi yığıncağın qərarlarının, şirkətdə hazırlanan əmr, sərəncam, təlimat, qayda və digər təşkilati göstərişverici sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğunun yoxlanması yolu ilə hüquqi ekspertizasını keçirir, həmçinin belə sənədlərin hazırlanmasını təmin edir;
  • Departamentin fəaliyyəti ilə bağlı işçilərini istiqamətləndirir, performansını qiymətləndirir.

Requirements

  • Təhsil: Ali (hüquq üzrə);
  • Kompüter bacarıqları: MS Office proqramları;
  • Təcrübə: Hüquq sahəsində ən azı 5 il iş təcrübəsi (ən azı 3 il rəhbər vəzifədə);
  • Dil bilikləri:Azərbaycan və ingilis dillərində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
  • Yüksək analitik düşüncə, konfliktləri idarə etmək bacarığı;
  • Qərar qəbul etmə bacarığı, komandanı həvəsləndirmək qabiliyyətinə malik olmaq;
  • Şirkətin dəyərlərinə uyğunluq (dürüstlük, keyfiyyət, əməkdaşlıq, sahibkarlıq və gəlirlilik);
  • Əhəmiyyətli biznes nəticələrinə təsir edən səviyyədə sübut edilmiş liderlik və təsir bacarıqları;
  • Güclü təşkilatçılıq, detallara diqqət və danışıqlar aparmaq bacarığı mütləqdir.
  • Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] göndərə bilərsiniz.


This job has expired