Beylagan,
Azerbaijan
21.02.23
-
23.03.23
Working conditions
- Hərəkətdə olan traktorların marşrut üzrə, mərkəzləşdirilmiş obyektlərdə və yolüstü yüklənmə məntəqələrində hərəkəti barədə filial rəhbərliyini məlumatla təmin edir;
- Pambıq və digər üzvi maddələrin daşımalarının istiqamətləri və onlara olan faktiki sifarişlər haqqında məlumatın toplanıb verilməsini təşkil edir;
- Avtomobil, kombayn və traktor sürücülərinə marşrutların dəyişilməsi barədə məlumatın vaxtında çatdırılmasını təmin edir;
- PİNŞ-nin müdiri və baş mexaniklə birgə fermerlərin becərmə və yük daşımalarına olan tələbatının tam ödənilməsinə yönəldilmiş tədbirlərin işlənib hazırlanmasında iştirak edir;
- Traktor işinin məhsuldarlığının yüksəldilməsinə və daşımaların maya dəyərinin aşağı salınmasına imkan yaradan tədbirlər görür;
- Operativ dispetçer hesabatının vaxtında tərtib olunaraq mexanizasiya idarəsinə ötürülməsini təmin edir;
- Dispetçer sənədlərinin vəziyyətinə və əmtəə-nəqliyyat sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət edir;
- Gün ərzində GPS vasitəsilə traktorçuların işlərinə nəzarət etmək;
- İstənilən marşrutdan çıxan nəqliyyat vasitəsi sürücüsünü məlumatlandırmaq və tənbeh etmək.
Requirements
- Məsuliyyətli olmalı;
- Operativ və punktual olmalı.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] göndərə bilərsiniz.
Transportation and logistics