Baku,
Azerbaijan
28.02.23
-
30.03.23
Working conditions
- Audit planı və proqramı əsasında daxili audit yoxlamalarının həyata keçirilməsi;
- Audit prosedurlarının həyata keçirilməsi (biznes proseslərin sahibləri ilə müsahibələrin keçirilməsi, audit obyektindən məlumatın toplanılması və təhlil edilməsi);
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə prosedurların effektivliyinin yoxlanılması;
- Sahə işində aparılmış təhlillər və müsahibələr üzrə yazılı iş sənədinin hazırlanılması;
- Daxili nəzarət mühitinin qiymətləndirilməsinə aid tapşırıqların yerinə yetirilməsi;
- Audit layihəsi üzrə hesabatın hazırlanmasında şöbə rəhbərinə dəstək göstərilməsi;
- Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə aid rəy verilməsi;
- Korporativ idarəetmənin və daxili nəzarət mühitinin qiymətləndirilməsilə bağlı testlərin aparılması və tapşırıqların yerinə yetirilməsi;
- Şirkətdə risk idarəedilməsinin inkişafına aid təkliflərin irəli sürülməsi, o cümlədən risk təhlillərinin aparılması qaydasına rəy bildirilməsi;
- Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq hadisələrinin araşdırılmasında departamentin adından iştirak edilməsi və risklərinin qiymətləndirilməsinin aparılması;
- Departament büdcəsinin hazırlanmasında iştirak edilməsi;
- Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması;
- Bütün növ iş sənədlərinin qorunub saxlanılması.
Requirements
- Təhsil: Ali (mühasibat uçotu və audit, idarəçilik, iqtisadiyyat, maliyyə);
- Təcrübə: Ən azı 2 il (mühasibatlıq, maliyyə, audit sahəsi üzrə);
- Kompüter bacarıqları: MS Office proqramları.
- Daxili audit qaydalarını bilməli;
- İqtisadi sahədə qanunvericiliyi bilməli;
- Mənimsəmə, saxtakarlıq və korporativ idarəetmə bacarığı;
- Logo Tiger ERP üzrə biliklər;
- Beynəlxalq mühasibat uçotunun ilkin bilikləri;
- Maliyyə nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydalarını bilməli və tətbiqi təcrübəsi olmalı;
- Vergi məcəlləsini bilməli və praktiki tətbiq edilməsində təcrübəsi olmalı;
- Analitik və ünsiyyət qurma bacarığı.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] mail ünvanına göndərə bilər.
Auditor