Chenot Palace

Baş aşpazın böyük köməkçisi

By agreement 90
Full-time
Gabala, Azerbaijan
07.11.24 - 07.12.24

Working conditions

  • Şirkətin keyfiyyət və qida təhlükəsizliyi standartlarını çox yaxşı bilməli və tətbiq etməli, həmçinin tabeliyindəki işçilərə aşılamalı;
  • Baş Aşpaz olmadıqda onun vəzifəsini icra etmək;
  • Qida təhlükəsizliyi mövzusuna aid hər hansı bir problemi həll etmək və qeydiyyatını aparmaq. Bu problemlərlə gələcəkdə qarşılaşmamaq üçün qabaqlayıcı tədbirlər görmək və bu barədə rəhbərləri məlumatlandırmaq;
  • Mətbəxdə olan bütün bölmələrin təmizliyinə və gigiyenasına, həmçinin işçilərin geyimlərinə nəzarət etmək;
  • Baş Aşpazın hazırladığı təlimatlara uyğun olaraq, digər bölümlərin aşpazlarına yeməklərin bişirilməsi və təqdimatı mövzusunda köməklik göstərmək;
  • Görülən işləri Otelin prosedurlarına uyğun etmək;
  • Lazım olduğunda mətbəxdəki digər bölmələrin aşpazlarına köməklik göstərmək;
  • Məhsulların qəbulu və anbarda saxlanılmasına nəzarət etmək;
  • İşin görüldüyü ərazilərin təmiz və gigiyenik olmasını təmin etmək;
  • Aşpaz köməkçilərinin və texniki təmizlik işçilərinin standartlara uyğun çalışıb-çalışmadığına nəzarət etmək;
  • Hər hansı bir problem və ya nöqsanla qarşılaşdığında bu barədə aşpazlara məlumat vermək və məsələnin qısa zamanda aradan qaldırılmasını təmin etmək;
  • Hər hansı bir zərərin qarşısını minimum itki ilə almaq;
  • Bütün işçilərlə onların əmək müqavilələrində qeyd edilmiş şərt və müddəalara, yerli qanunvericiliyə, eləcə də şirkətin / otelin siyasət və prosedurlarına müvafiq olaraq ədalətlə və vicdanla rəftar edildiyini təmin etmək;
  • Şöbə daxilində bütün işçilərə nəzarət etmək, şöbənin əməliyyatlar üzrə təlimatında müəyyən edildiyi kimi düzgün xidmət standartları və metodlarının həyat keçirilməsini təmin etmək;
  • Əməkdaşların otel, şirkət və yerli qaydada müəyyən edilmiş qaydalar və təlimatlara, otelin yanğınsöndürmə, texniki təhlükəsizlik və mühafizə ilə bağlı siyasət və prosedurlarına ciddi riayət etmələrini təmin etmək;
  • Təlim üzrə Menecerlə və Şöbə-daxili Təlimçilərlə birgə iş aparmaqla əməkdaşlar üçün effektiv təlim proqramları planlaşdırmaq və həyata keçirmək;
  • Əməkdaşların yaradıcı və innovativ, tələbkar olmalarını təşviq etmək və onların əməliyyatların uğuruna verdikləri töhfələrə görə qiymətləndirilmələrini təmin etmək;
  • Əməkdaşların Rəy Sorğusunun nəticələrini əməkdaşlarla bölüşmək və müvafiq dəyişikliklərin həyata keçirilməsini və əməkdaşlarla kollektiv qərar qəbul etməklə effektiv fəaliyyət planlarının tərtib edilməsini təmin etmək;
  • Qonaqlama;
  • Qidalanma (işçi yeməkxanasında);
  • Servis xidməti;
  • Korporativ nömrə.

Requirements

  • 5+ il müvafiq sahədə təcrübə;
  • Şəxsi gigiyena və qida təhlükəsizliyi qaydalarını bilməli;
  • Mətbəx terminologiyasını bilməli;
  • Qida məhsullarının xarakterini bilməli;
  • Məhsulların emalı üsullarını və texnologiyalarını bilməli;
  • Bütün mətbəx qablarının işinin xüsusiyyətləri bilməli;
  • Keyfiyyətli yeməklər və kulinariya məhsullarının çeşid və tələbini bilməli;
  • Azərbaycan dili səlis, İngilis və Rus dili bilikləri arzu olunandır;
  • Ünsiyyət, komandada işləmək, idarəetmə və stressə davamlılıq bacarıqları. 


Related vacancies