ULU Hospitality Group

Aparıcı mühasib

1000 - 1200 ₼
Full-time
Baku, Azerbaijan
06.05.23 - 05.06.23

Working conditions

  • Mövcud qanunvericiliyə və müəssisənin daxili qaydalarına uyğun olaraq maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Müəssisəni mal və məhsulla təchiz edən bütün hüquqi və fərdi şəxslərin müntəzəm şəkildə qeydlərini aparmaq və yeniləmək;
  • Mal və məhsullar haqqında bütün müvafiq təfərrüatları və bütün ödənilmiş və ya ödənilməsi lazım olan daxili fakturaları sistemə daxil etmək;
  • Bütün fakturalar üçün lazımi proseduru həyata keçirmək və onlarda olan bütün əlaqədar qalıqların sifariş verilən və qəbul edilən mal hesabatı ilə uyğun gəldiyinə əmin olmaq;
  • Bütün birbaşa xərcləri yoxlamaq, düzgün bölüşdürmək və sistemə daxil etmək;
  • Rüblük və illik (B3) hesabatların təqdim edilməsi;
  • Müəssisəyə uyğun hesabatların hazırlanması və təqdim edilməsi;
  • Sənədlərin açılması, daxili və beynəlxalq ödəmə sənədlərinin hazırlanması və banka təqdim edilməsi, əmək haqqı kartlarının açılması və s;
  • Maliyyə məlumatlarını şərh etmək və xərclər, qiymətlər, gəlir, zərər və digər maliyyə məlumatlarını hesablamaq üçün riyazi-statistik hesablamalar aparmaq;
  • Pul vəsaitlərinin hərəkəti, balans hesabatlarını hazırlamaq;
  • Öz səlahiyyətləri çərçivəsində risklərin qiymətləndirilməsi üzrə işlər görmək.

Requirements

  • Təhsil: Ali (mühasibatlıq, maliyyə, iqtisadiyyat);
  • Təcrübə: Maliyyə və mühasibatlıq sahəsində aparıcı vəzifələrdə 2 ildən az olmayaraq;
  • Kompüter bacarıqları: Mühasibat proqramında işləmə təcrübəsi, MS Office proqramlarını yüksək səviyyədə bilməli;
  • Effektiv ünsiyyət bacarığı;
  • Planlaşdırma və hesabat qabiliyyəti.


This job has expired

Related vacancies