Agdam,
Azerbaijan
23.02.23
-
25.03.23
Working conditions
- Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
- Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal-material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
- Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatları üçün müvafiq məlumatı mütəmadi olaraq təmin etmək;
- Anbarda mövcud bütün mal-materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
- Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- Anbarın işçilərinə rəhbərlik etmək və işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq;
- Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək;
- İş qrafiki: 6 günlük.
Requirements
- Təhsil: Ali ;
- Təcrübə: Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
- Kompüter bacarıqları: MS Office proqramları;
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli, rus dili arzuolunandır;
- Komandada işləmək bacarığı.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Transportation and logistics