Location Baku, Azerbaijan
Work type Full-time
Category Sales
Vacancy date 06.09.2022

Working conditions

Bütün tədbirlərin Brendin standartlarına uyğun olaraq aparılmasını təşkil edir
Mağazalara təyin olunmuş KPİ-ların yerinə yetirilməsini təmin edir
Məhsulun sifarişdən (ödəniş, məhsulun gətirilməsi, mərkəzi anbarda məhsulun işlənilməsi) satış nöqtəsinə çatmasına qədər olan bütün prosesləri vaxtında təşkil edir
Brendin bilavasitə marketinqə aid olan bütün proseslərində iştirak edir, müdaxilə və vaxtı- vaxtında tətbiq edilməsini təşkil edir
Satış üçün nəzərdə tututlan və qeyri-kommersiya xarakterli məhsullarının sifarişini və alışını təşkil edir
İldə iki dəfə satış və anbardakı qalıq məhsullar əsasında büdcəni hazırlayır
Məhsulun düzgün təhlil olunmasını, seçilməsini və sifarişini təşkil edir
Hər bir dükanda işləyən işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təmin edir
Tabeliyində olan işçilərin inkişafını təşkil edir
Mütəmadi olaraq mağazaları ziyarət edir və iş prinsiplərinə nəzarət edir
Ona təhkim olunmuş (təhvil verilmiş) bütün əmlakların qorunub saxlanmasını təmin edir, oğurluq və ya itki təhlükəsi olduğu halda dərhal bu haqda ona rəhbərlik edən vəzifəli şəxsə yazılı (elektron daşıyıcı üzərində) məlumat verir.

Requirements

Təhsil:
Orta və ya texniki təhsil
Müvafiq Pərakəndə sahəsində sertifikat arzuolunandır

Təcrübə:
Pərakəndə satış aksesuar və geyim sahəsində ən azı 6-7 il iş təcrübəsi
İdarəetmə sahəsində ən az 2-3 il iş təcrübəsi
Təchizat sahəsində (geyim və aksesuar) 3 il iş təcrübəsi

Professional biliklər:
İngilis dilini yaxşı səviyədə bilmək
MS Office proqramları

Professional bacarıqlar və kompetensiyalar:
İdarəetmə bacarıqları
Təşkilati bacarıqlar
Təqdimat bacarıqları
İşgüzar ünsiyyət
Nəticə yönümlülük
Analitik düşüncə
Vaxtın idarə olunması
Büdcənin hazırlanması