BERC Group

Korporativ satış mütəxəssisi

По соглашению
Полн. занятость
Баку, Азербайджан
29.11.22 - 29.12.22

O работе

  • İş adamları, kiçik və orta bizneslə məşğul olan şəxslərin, şirkətlərin BERC şirkətlər qrupunun professional (vergi, mühasibat, hüquq, layihə idarəetməsi, audit, biznes idarəedilməsi  İT  və digər outsors və məsləhət xidmətləri) xidmətlərinə olan ehtiyaclarının ilkin müəyyənləşdirilməsi (qiymətləndirilməsi);
  • Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması;
  •  Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması, müvafiq şöbələrlə müştərilər arasında əlaqələndirici (CRM) funksiyasının həyata keçirilməsi;
  • Rəhbərlik tərəfindən qoyulan satış hədəf və planlarının yerinə yetirilməsini təmin etmək;
  • Satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanmasını təşkil etmək;
  • Satışdan sonra prossesləri izləyərək müştəriyə olunan xidmətin nəzarətdə saxlanılması;
  • Müraciətçilərə şirkət və şirkətin göstərdiyi xidmətlər haqqında dolğun, düzgün və ətraflı məlumat verilməsi və ilkin əlaqənin qurulması;
  • Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və təkliflərin hazırlanması;
  • Daxil olan sifarişlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi.

Требования

  • Müvafiq sahədə iş təcrübəsi;
  • Ali təhsilin olması əlavə üstünlükdür;
  • Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
  • Komanda ilə işləmək bacarığı;
  • Müştərilərlə ünsiyyət qurması və  öz sahəsində işgüzar münasibətləri idarə edə bilməsi;
  • Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus və ingilis dilləri üzrə bilikləri  olması üstünlükdür );
  • Bank və BOKT  təcrübəsi olan, vergi, mühasibat, maliyyə, gömrük, logistika və hüquq sahəsi üzrə təcrübə və bilikləri olan namizədlərə üstünlük veriləcək;
  • MS Office proqramlarında  sərbəst işləmək bacarığı
  • Peşəkar təqdimetmə və inandırma bacarığı.


Срок действия задания истек