Location Saatlı, Azerbaijan
Work type Full-time
Category Engineering
Vacancy date 25.08.2022

Working conditions

Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir.
İstehsalatın texniki hazırlığını təmin edir.
Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir.
Təmirarası xidmət, təmirin vaxtında və keyfiyyətlə keçirilməsinə, qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir. Köhnəlmiş avadanlıqları, obyektləri müəyyən edir və Baş mühəndisə məruzə edir.
Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir.
Şöbənin işçilərinə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.
Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir.

Requirements

Ali təhsil,müvafiq sahə üzrə bir il iş təcrübəsi,
Müəssisədə təmir xidmətinin təşkili, avadanlıqların istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejmi, onların istismar qaydaları.
Montaj və təmir metodları,
Avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydaları bilməlidir.