Respublika Diaqnostika Mərkəzi

Həkim-neyrocərrah

По соглашению
Полн. занятость
Баку, Азербайджан
16.11.22 - 16.12.22

O работе

  • Həkim-neyrocərrah tibbi praktika tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə  tibbi yardım göstərir;
  • Müvafiq  qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin  toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir;
  • Mövcüd  qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır, 
  • Pasiyentin vəziyyətindən asılı olaraq əlavə müayinə metodlarının zəruriliyini    müəyyən edir. Zəruri hallarda cərrahi müdaxilələr  aparır.
  • Beyin və onurğa beyin şişlərinin cərrahi müalicəsi üçün göstəriciləri müəyyən edir .
  • Beyin şişləri, parazitar lezyonlar, beyin absesi mərkəzi və periferik sinir sistemin travmaları degenerativ onurğa xəstəlikləri periferik sinir sisteminin xəstəliklər zamanı pasiyentlərə yüksək ixtisaslı tibbi - diaqnostik yardım təmin edir   
  • Hipofiz adenomaları və xizmosellar bölgəsində şişlərin göstəricilərin müəyyən edir və endoskopik cərrahi müəlicəsini təmin edir
  • Oklüziv hidrosefaliyanın göstəricilərin müəyyən edir  və müəlicəsini  təmin edir
  • Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir;
  • Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir;

Требования

  • Ali tibbi təhsil
  • Azərbaycan Respublikası Qanunvericiliklə müəyyən edilmiş qaydada “həkim-neyrocərrah”  ixtisası üzrə peşə hazırlığı  keçməlidir;
  • İxtisası üzrə ən azı 3 il əmək stajına malik olmalıdır;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etməlidir,və həminkursların sertifikatına malik olmalıdır;
  • Azərbaycan Respublikasının Səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilməlidir və digər normativ hüquqi aktları barədə məlumatlı olmalıdır;


Срок действия задания истек