Location Ganja, Azerbaijan
Work type Full-time
Category Finance
Vacancy date 16.09.2022

Working conditions

E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı;
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması;
Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılmasına nəzarət;
Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc);
Əmək haqqı, məzuniyyətlərin hesablanması;
Gördüyü işlərlə bağlı gündəlik və aylıq, illik hesabatlar tərtib etmək;
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları yerinə yetirmək.
İş qrafiki: həftədə 6 gün, həftəlik 40 saat;
Gəncə şəhəri və ətrafı bölgələrdə yaşayanların müraciəti diqqətə alınacaq;
Əmək haqqı başlanğıc: 900-1000 AZN

Requirements

Ali ixtisas üzrə təhsil
Müvafiq sahə üzrə azı 2-3 il iş təcrübəsi
Vergi qanunvericiliyi və mühasibat uçotu sahəsində yüksək biliklər
Kompüter bilikləri : MS Office proqramları, əsasən Excel
ERP proqramların praktiki iş təcrübəsi (1C, SAP, Tiger, Logo. Micro və s)
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklər.