AZDIZAYN GROUP

Baş mühasib

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
07.09.22 - 07.10.22

İş haqqında məlumat

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının (büdcə) hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların hərəkətinə və inventarizasiyasının aparılmasına nəzarət edir.
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor, kreditor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
  • Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət edir.
  • Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edir.
  • Uçot sənədlərinin yoxlanılmasını, Əmək haqqının hesablanması və ödənilməsini, Bank əməliyyatlarının və təhtəlhesab şəxslərlə hesablaşmaların aparılmasını, Xəstəlik vərəqələrinin, məzuniyyət və işçilər işdən azad olduqda onlara kompensasiyanın hesablanmasını, ƏDV, Sadələşdirilmiş vergi, Muzdlu, ÖMV, Əmlak, Torpaq vergisi və Mənfəət vergisi bəyannamələrinin hazırlanması və vaxtında göndərilməsi, E-Qaimə Fakturaların tərtib olunması və göndərilməsi, DSMF, statistika, Məşğulluq İdarələrinə hesabatlarının hazırlanması və təqdim edilməsini təmin edir;
  • Vergi orqanları ilə yazışmaların aparılmasını, Debitor və kreditorlarla hesablaşmaların aparılmasını, Aylıq və illik Büdcə, Mənfəət-zərər, həftəlik və aylıq plan-fakt cash-flow hesabatlarının hazırlanması təmin edir;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.

Tələblər

  • Ali təhsil
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
  • Maliyyə və Mühasibat uçotu sahəsində AR qanunvericilik aktlarını və digər normativ hüquqi sənədləri bilməli
  • Mikro proqramını bilənlərə üstünlük verilir
  • Office proqramlarını yüksək səviyyədə bilmək


Elanın müddəti bitmişdir