AzProduct

Market müdiri

Location Baku, Azerbaijan
Work type Full-time
Category Administrative, Business, Management
Vacancy date 15.09.2022

Working conditions

Marketin gündəlik açılıb-bağlanılması işinin icrasına nəzarət və satışını idarə etmək;
Müntəzəm olaraq məhsulların stoklarını yoxlamaq;
Market üçün lazım olan malların müvafiq firmalardan sifariş etmək;
Firma tərəfindən mağazaya verilən məhsulları firma nümayəndəsinin iştirakı ilə qaiməyə əsasən yoxlayıb qəbul etmək;
Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
Marketin heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək;
Marketin fəaliyyətinə aid hesabatların təqdim etmək;
Satış zamanı alınan məhsulun qaytarılma və ya dəyişdirilmə prosesinin doğru edilməsinə nəzarət etmək;
Market avadanlıqlarında baş verən problemlərin həlli üçün müvafiq struktur bölməsinə müraciət etmək və həll edilməsinə nəzarət etmək;
Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
Ticarət zalına lazım olan malların sifarişini formalaşdırmaq;
Marketin və personalın səliqə və təmizliyinə nəzarət etmək;
Dövri hesabatları hazırlamaq.
Əmək haqqı 800 AZN + Bonus

Requirements

Ali təhsil (bakalavr);
Pərakəndə satış və müştəri xidməti mühitində 3 il təcrübə;
Yüksək təşkilati bacarıqlar (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.);
Satış texnikası və prinsiplərini bilmək;
Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək;
İşgüzar davranış etikası və əla təqdimat bacarığı;
Analitik bacarıqlara sahib olmaq;
Münaqişələrin həlli bacarıqları;
Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik;
Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti, ingilis dili arzu olunandır;
MS Office proqramları üzrə biliklərə sahib olmaq.