Juris

Hüquqşünas köməkçisi

Location Baku, Azerbaijan
Work type Full-time
Category Legal
Vacancy date 20.09.2022

Working conditions

Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
Bütün növ əqdlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
Hüquqi şəxslərin və xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatların dövlət qeydiyyatına alınması: (Hüquqi ünvan dəyişikliyi, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnaməyə-əsasnaməyə edilən hər hansı digər dəyişikliklərin qeydə alınması);
Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi
Əmtəə nişanlarının qeydiyyata alınması
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
Hüquqşünas köməkçisi aşağıdakıları bilməlidir:
Mülki, cinayət, əmək, maliyyə, miqrasiya, vergi, hüquqları;
Təsərrüfat müqavilələrinin, ümumi müqavilələrin, beynəlxalq müqavilələrin, kollektiv müqavilələrin, tarif razılaşmalarının bağlanması və rəsmiləşdirilməsi qaydalarını;
Müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədlərin sistemləşdirilməsi, uçotu və aparılması qaydalarını;
İşgüzar ünsiyyət etikasını;
Kargüzarlığın təşkilinin əsaslarını;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın əleyhinə təhlükəsizlik qaydalarını;
Daxili əmək intizamı qaydalarını;

Requirements

Hüquq elmləri üzrə ali təhsil;
Hüquq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
Hüquq konsaltinqdə ən az 1 il təcrübə;
Dil bilikləri: Rus və ingilis dili arzu olunandır;
Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir.
Yaş məhdudiyyəti: 25 yaş – 55 yaş.