Maqro Construction Azerbaijan

Maliyyə üzrə mütəxəssis

По соглашению
Полн. занятость
Баку, Азербайджан
06.09.22 - 06.10.22

O работе

  • Müəssisənin əməliyyat büdcəsinin hazırlanmasını təmin etmək, büdcənin icrasına nəzarəti həyata keçirmək;
  • Büdcə və maliyyə nəzarəti ilə bağlı dövri maliyyə hesabatlarının hazırlanmasını və təhlil edilməsini təmin etmək;
  • Aparılan əməliyyatların Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğuna nəzarət etmək;
  • Aparılan əməliyyatlar üzrə fəaliyyətlərin mütəmadi olaraq təhlil edilməsini və onların dəyərini, yaranma mənbəyini əks etdirən hesabatları hazırlayaraq şöbə müdirinə təqdim etmək;
  • Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun kənar auditin aparılmasında iştirak etmək;
  • Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsini təşkil etmək;
  • Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarının (bəyannamələrin) vergi orqanlarına təqdim olunmasını təşkil etmək;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanmasını və müəyyən edilmiş müddətdə və qaydada sənədlərin Dövlət Arxivinə verilməsini təşkil etmək.
  • İş qrafiki: həftədə 5 gün, saat 09:00-18:00
  • Əmək haqqı: razılaşma yolu ilə

Требования

  • Ali təhsil (maliyyə, iqtisadiyyat);
  • 3 illik analoji iş təcrübəsi;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və mühasibatlıq, büdcə proseslərinin idarə edilməsi və Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər;
  • Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Səlis Azərbaycan dili, (İngilis dili biliyi arzu olunandır);
  • MS Office proqramları üzrə biliklər (SAP proqramı istifadəsi arzu olunandır).


Срок действия задания истек