Sapphire Hotels Group

Debitorlar üzrə mühasib

700 ₼
Полн. занятость
Баку, Азербайджан
15.09.22 - 15.10.22

O работе

  • Müştəri qeydiyyatı şöbəsinin rəhbərliyinə, həmin şöbə ilə mehmanxananın xidməti sahələrinin Micros/Opera/Fidelio proqram sistemləri arasında əlaqə qurmağa kömək edir və yaranan çətinlikləri aradan qaldırır
  • Müştərilərə göstərilmiş xidmətləri Opera/Fidelio sistemindən çıxarılmış reportlarla, qonaq imzaları, regsitrasiya kartı, şəxsiyyət və s. təsdiq edici sənədlərlə yoxlayır.Əskik sənədlər olduqda FO işçilərindən tələb edir.
  • Yoxlanmış sənədlər əsasında və Satış şöbəsi tərəfindən imzalatdırılmış Müqavilələr əsasında qonaqlara Hesab-faktura, elektron qaimə göndərir.
  • Qaimələrin göndərilməsi AR Vergi məcəlləsinin müddəalarının tətbiqi əsasında tərtib olunur və bu qaydaların pozulması halında birbaşa məsuliyyət daşıyır.
  • ƏDV-yə 0% və ya ƏDV-dən azad olunan əməliyyatlar tələb olunarsa müştərilərdən sertifikat, bildirişi tələb edir. Əks halda ƏDV məbləğinin itirilməsinə görə məsuliyyət daşıyır.
  • Müştərilərə e-qaimə göndərildikdən sonra debitor borcların (Müqavilə üzrə təyin olunmuş ödəniş vaxtı əsas götürülməklə) yığılmasını təmin edir.
  • Gündəlik bank, kassa və depozit hesablara mədaxil haqqında məlumatları əldə etdikdən sonra müştərilərə zənglər edir, email yazaraq borcların ödənilməsini tələb edir.
  • Problemli müştərilər olduqda Satış şöbəsini cəlb edərək problemi həll etməyə çalışır.
  • Ayda ən azı iki dəfə Satış şöbəsinin əməkdaşlarının iştirakı ilə kredit-meeting keçirir.
  • Maliyyə direktorunun verdiyi digər tapşırıqları yerinə yetirir.
  • Şəxsi gigiyena və görünüşü qorunmalı və standartlara uyğun olmalıdır.
  • Otel daxilində keçirilən treyninqlərdə iştirak etməli.
  • Təhlükəsizlik texnikasına aid treninqlərdə iştirak etməli,
  • Mövcud standartlar çərçivəsində verilən bütün tapşırıqları yerinə yetirir.
  • İş yerini təmiz və səliqəli saxlayır.
  • Rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
  • Əmək haqqı: 700 AZN

Требования

  • “Sapphire Hotels Group” MMC şirkətinin bütün sahələrdəki iş strategiyasının tələblərinə əməl etmək.
  • “Sapphire Hotels Group” MMC şirkətinin tətbiq və müəyyən etdiyi siyasət və proseduralara əməl etmək.
  • İşçi ilə qarşılıqlı razılaşma əsasında bu vəzifə təlimatı, namizədin fəaliyyəti ərzində istənilən vaxt dəyişdirilə və genişləndirilə bilər.
  • 1 C 8.3 bilikləri
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi


Срок действия задания истек