Aztelekom

Korporativ tənzimləmə şöbəsinin müdiri

По соглашению
Полн. занятость
Баку, Азербайджан
13.09.22 - 13.10.22

O работе

  • Müəssisədaxili normativ sənədlərin - əmr və sərəncamların, əsasnamələrin, qaydaların, təlimatların, prosseslərin, prosedurların və digər normativ sənədlərin hazırlanmasını, o cümlədən İşəgötürənin struktur bölmələri tərəfindən hazırlanmış müəssisədaxili normativ sənədlərə rəy vermək və struktur bölmələrin sifarişi əsasında həmin sənədlərin hazırlanmasını təşkil və təmin etmək;
  • Müqavilə layihələrini hazırlanmaq, bağlanılması təklif olunan müqavilə layihələrinə hüquqi rəy vermək, Cəmiyyət üçün zəruri olan standart müqavilə nümunələrinin hazırlanmasını təmin etmək;
  • Cəmiyyət üzrə əmək, dövlət satınalmaları, gömrük, vergi, mülkü və digər qanunvericilik aktlarının tələblərinə uyğun işin təşkilinə nəzarət etmək, hüquqi risklər müəyyən etdikdə bu barədə birbaşa rəhbərini, o cümlədən müəssisə rəhbərliyini məlumatlandırmaq;
  • Cəmiyyətin baş ofisinin strukturunda olan, o cümlədən baş ofisdən kənarda yerləşən struktur bölmələrinə və törəmə hüquqi şəxslərinə öz vəzifə öhdəliklərinə uyğun hüquqi yardım göstərmək;
  • Bağlanmış müqavilələrin düzgün icra olunmasında Cəmiyyətin aidiyyəti strukturlarına hüquqi yardım göstərmək;
  • Vəzifə öhdəlikləri ilə əlaqədar hesabatları hazırlamaqla birbaşa rəhbərinə təqdim etmək.
  • İş haqqında məlumat:
  • 5 günlük iş rejimi
  • iş vaxtı: 09:00 - 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Требования

  • Ali hüquq təhsilinə (hüquq üzrə bakalavr dərəcəsi) malik olmaq;
  • Ümumilikdə minimum 5 il hüquq sahəsində iş təcrübəsinə, həmçinin minimum 2 il idarəçilik təcrübəsinə malik olmaq;
  • Azərbaycan Respublikası qanunvericiliyinin əsaslarını bilmək, xüsusilə Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, İnzibati Prosessual Məcəlləsinin, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu və Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanununun əsaslarını bilmək;
  • Xüsusi hüquq sahəsində iş təcrübəsinə malik olmaq (mülki və təsərrüfat hüququ, korporativ hüquq vs.) ;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarmaq;
  • Korporativ idarəetmə sisteminin əsaslarını və etik davranış qaydalarını bilmək;
  • Bacarıqlar:
  • Microsoft Office proqramları ilə işləmək bacarığına malik olmaq;
  • Azərbaycan dilində səlis hüquqi, yazılı və şifahi ünsiyyət bacarıqlarına sahib olmaq. İngilis və rus dillərində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqlarına sahib olmaq;
  • Yüksək liderlik, təşkilatçılıq və təqdimat bacarıqlara malik olmaq.
  • Komandada işləmək və yüksək idarəetmə bacarığına malik olmaq;
  • İşgüzar yazışma qaydalarının əsaslarını bilmək;
  • Hüquqi sənədləri sərbəst tərtibetmə bacarığına malik olmaq;


Срок действия задания истек