Süni intellekt. Yeni problem yoxsa həll?
Son zamanlarda, süni intellektin (AI), xüsilədə chatgpt-nin inkişafı onun cəmiyyətdəki rolu haqqında müzakirələr doğurdu. AI, iş axtarışı və işəgötürmə proseslərində innovativ yollar təklif edir, lakin bu inkişaf eyni zamanda bir çox etik sualları da gündəmə gətirir.
Süni intellekt, iş axtarışı və məlumat analizi sahəsində sürət və effektivlik yaradır. Vakansiya və CV-lərin geniş miqdarda analizi, kateqoriyalaşdırma, hətta potensial işəgötürmələr üçün təkliflər təqdim etmək AI-in getirdiyi imkanlardandır.
Ancaq AI-ın insan resursları sahəsində sürətli integrasiyası vacib sualların yaranmasına səbəb olur. Bu suallara bəzi etik məsələlər də aiddir. Məlumat gizliliyi, işsizliyə təsiri və avtomatlaşmanın sosial-ekonomik təsirləri ətrafında məsələlər ortaya çıxır.
Süni intellekt yeni iş sahələri yaratmaqla yanaşı, bəzi işlərin tam avtomatlaşdırılmasına da səbəb olur. Bu, yaxın gələcəkdə bir çox mövcud peşə mütəxəssislərinin süni intellekt ilə əvəz ediləcəyi mənasına gəlir.
AI-ın doğurduğu bu potensial problemlərə qarşı tədbirlər həyata keçirilməlidir. Məsuliyyətli AI inkişafı vacibdir. Texnoloqlar, siyasətçilər, etikçilər və cəmiyyətin geniş qrupları bu sahədə əməkdaşlıq etməlidir.